28 iyul - Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir


Digərləri 28 İyl 2019 08:30:00 180 0

28 iyul - Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir

28 iyul - Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir.

Bakı. 28 iyul - Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir. Trend-in məlumatına görə, 2010-cü ildə Ümumdünya Səhiyyə Assambleyası hepatit viruslarının qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmasını dəstəkləyən WHA63.18 saylı Qərar qəbul edib və 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edib. Həmin gün hepatit barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Hepatitlə Mübarizə Gününün mövzusu altında dünya hökumətlərini hepatit viruslarına qarşı mübarizə səylərini gücləndirməyə çağırır. Səhiyyə Nazirliyinin məlumatına görə, A, B, C, D, E hepatit virusları kəskin xroniki xəstəliklər törədərək insanın sağlamlığında ciddi pozuntulara səbəb ola bilər. Təqribən hər 600 000 insan hepatit B virusu nəticəsində, 350 000-dən çox insan isə hepatit C ilə əlaqədar xəstəliklərdən ölür.