Yaponiya sahillərində güclü zəlzələ olub


Dünya 28 İyl 2019 08:29:00 174 0

Yaponiya sahillərində güclü zəlzələ olub

Yaponiyanın Honsyu adası sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 18:31-də qeydə alınan yeraltı təkanların episentri Sinqu şəhərində 144 kilometr cənub-şərqdə, ocağı isə 375,8 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.