Azərbaycan ixracın həcmini artırır


Digərləri 28 İyl 2019 08:02:00 262 0

Azərbaycan ixracın həcmini artırır

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana ümumi dəyəri 9,979 milyard dollar olan məhsul ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz çoxdur.

Son.az bildirir ki, bu barədə Trend Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən məlumat verir.

Dövlət sektorunun ixracdakı payı 6,218 milyard dollar, özəl sektorda 3,728 milyard dollar olub.

Hesabat dövründə Azərbaycandan ən çox neft və neft məhsulları, təbii qaz, elektrik enerjisi, meyvə və tərəvəz ixrac edilib.

İxrac edilən Azərbaycan mallarının ümumi dəyəri üzrə malların siyahısı:

Malın adı

2019-ci ilin yanvar-iyun ayları

2018-ci ilin yanvar-iyun ayları

Sayı

Dəyəri (min $)

Sayı

Dəyəri (min $)

Neft, ton

15 833 150,78

7 671 234,27

13 564 784,04

6 945 438,31

Təbii qaz, min kubmetr

5 664 611,71

1 047 680,80

3 101 025,02

570 337,12

Neft məhsulları, ton

520 997,98

261 182,53

548 024,03

282 794,13

Meyvə-tərəvəz, ton

325 060,43

318 370,65

299 677,26

276 701,57

Elektrik enerjisi, min kvt/s

1 212 815,38

51 935,32

1 156 305,90

54 606,24

Hesabat dövründə idxal 7,015 milyard dollar təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 50,5 faiz çoxdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 2,812 milyard dollar, özəl sektorda isə bu rəqəm 3,799 milyard dollar təşkil edib.

Hesabat dövründə Azərbaycanın ən çox idxal etdiyi müxtəlif maşın və mexanizmlər, nəqliyyat vasitələri və ehtiyat hissələri, qara metallar, plastik və əczaçılıq məhsulları olub.