Alimlərdən dünya üçün ŞOK XƏBƏRDARLIQ: sürətlə əriyir, qarşısı alınmasa...


Digərləri 28 İyl 2019 07:11:00 221 0

Alimlərdən dünya üçün ŞOK XƏBƏRDARLIQ: sürətlə əriyir, qarşısı alınmasa...

Rötgers Universitetinin "Science" dərgisi üçün apardığı araşdırmasında mütəxəssislər təhlükə siqnalları verib.

Son.az xəbər verir ki, elm adamları su altındakı buz parçlarının ehtimal olunandan daha sürətlə əridiyini açıqlayıb.

Bu gəlişmə əsrin sonunda dənizlərdə suyun səviyyəsinin təhlükəli şəkildə artmasına səbəb olacaq. Bundan başqa, buzlaqların əriməsi nəticəsində iqlim dəyişikliyi yaşanacaq.

Alyaskadakı "LeConte Glacier" buzlağını 3 il ərzində analiz edən mütəxəssislər belə qənaətə gəliblər ki, bəzi bölgələrdə buzun ərimə sürəti daha əvvəl ehtimal olunandan 100 dəfə çoxdur.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Paneli 2014-cü ildə yayımladığı hesabatda 2003-2009-cu illərdə yaşanan buzlaq əriməsinin dəniz səviyyəsini ildə 0,7 metr yüksəltdiyi bildirilib.