Zarafat etmək istədim gənc təsadüfən sevgilisini balkondan atdı


Digərləri 28 İyl 2019 05:30:00 229 0

Zarafat etmək istədim  gənc təsadüfən sevgilisini balkondan atdı

Rusiyada gənc cütlüyün zarafatı faciəylə nəticələnib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Kemerovo vilayətinin istintaq komitəsinin saytında verilən məlumata görə, vilayətin istintaq orqanları 21 yaşlı yerli sakinə qarşı cinayət işi açıb. İstintaq müəyyən edib ki, gənc oğlan və sevgilisi spirtli içki qəbul etdikdən sonra eyvanda siqaret çəkiblər. Bu zaman oğlan sevgilisiylə zarafat etmək qərarına gəlib və qadın dördüncü mərtəbədən sevgilisinin əlindən sürüşərək, yerə düşüb. Hadisə şahidləri təcili yardım çağırsalar da, həkimlər qadının öldüyünü deyiblər. Hazırda hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zəruri istintaq hərəkətləri aparılır.