Kanada sakini milli lotereyada 45,5 milyon dollar udub


Digərləri 28 İyl 2019 05:21:00 190 0

Kanada sakini milli lotereyada 45,5 milyon dollar udub

Kanadanın "Lotto Max" milli lotereyasının 45,5 milyon dollarlıq cekpotu oynanılıb

Bakı. Kanadanın "Lotto Max" milli lotereyasının 45,5 milyon dollarlıq cekpotu oynanılıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə lotereyanı keçirən "OLG" şirkətinin nümayəndələri xəbər verir. Nümayəndələr bildirib: "Uduşlu biletin rəqəmləri - 11, 15, 17, 20, 24, 25 və 50. Bonus-rəqəm - 30". Bildirilir ki, hazırda biletin Kanadanın Britaniya Kolumbiyası əyalətində satıldığı bilinir, lakin daha dəqiq məlumat verilmir.