Xalq artisti yubileyini silsilə konsertlərlə qeyd edəcək


Digərləri 28 İyl 2019 04:30:00 256 0

Xalq artisti yubileyini silsilə konsertlərlə qeyd edəcək

Rusiyanın Xalq artisti, bəstəkar İqor Krutoy TASS agentliyinə müsahibəsində bildirib ki, iyulun 29-da qeyd edəcəyi yubileyi şərəfinə Anna Netrebko, Yusif Eyvazov, Lara Fabian, Andrea Boçelli, Dimaş Kudaybergenov və Yuri Başmetin iştirakı ilə Rusiyada və xaricdə silsilə konsertlər verməyə hazırlaşır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İ.Krutoy müsahibəsində deyib: "Yayda "Yeni dalğa" çərçivəsində konsert verməyim kifayətdir. Noyabrın 3-də Moskvada planlaşdırdığımız şounun isə reklama ehtiyacı var. Hərçənd bilirsiniz ki, Anna Netrebko və Yusif Eyvazovun iştirakı ilə noyabrın 15-də və 16-da Kremldə nəzərdə tutulan iki konsertimizə biletlər reklam olunmadan satıldı".

Bəstəkarın sözlərinə görə, Nyu-York, Minsk və Düsseldorfda da onun yaradıcılıq gecələrini keçirmək planlaşdırılır.

İqor Krutoy "Madonna", "Lyubov, poxojaya na son", "Nezakonçennıy roman" kimi məşhur mahnıların və onlarca digər mahnının müəllifidir. Onun mahnılarını Alla Puqaçova, Valeri Leontyev, Aleksandr Buynov, Aleksandr Serov, Lara Fabian, Andrea Boçelli kimi adlı-sanlı müğənnilər, Anna Netrebko və Yusif Eyvazov kimi tanınmış opera müğənniləri ifa edirlər.