Barselonanın hava limanında 62 reys təxirə salınıb


Digərləri 28 İyl 2019 03:29:00 225 0

Barselonanın hava limanında 62 reys təxirə salınıb

Barselonanın hava limanında "Iberia" aviaşirkətinin işçiləri tətil elan ediblər

Bakı. Barselonanın hava limanında "Iberia" aviaşirkətinin işçiləri tətil elan ediblər. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, işçilərin tətil etməsi səbəbindən hava limanında 62 reys ləğv edilib. Ölkənin bütün hava limanlarına nəzarət edən "Aena" İspaniya dövlət şirkətindən bildiriblər ki, 2 reys digər hava limanında həyata keçirilib, bir çox reys isə təxirə salınıb.