Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva "Jara2019" musiqi festivalının üçüncü günündə fəxri qonaqlar arasında olub FOTO


Digərləri 27 İyl 2019 23:51:00 314 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva "Jara2019" musiqi festivalının üçüncü günündə fəxri qonaqlar arasında olub  FOTO

Bakıda, "Sea Breeze Resort" istirahət mərkəzində təşkil olunan "Jara-2019" Beynəlxalq Musiqi Festivalının üçüncü günü - iyulun 27-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.

Son.az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.

Aparıcının "Bu gün burada 1990-cı illərin hitləri səslənəcək. Sizin sevimli hitiniz varmı" sualını cavablandıran Leyla Əliyeva dedi:

-"İvanuşki İnternəşnl" qrupu mənim çox xoşuma gəlirdi. Elə indi də onları dinləməyi sevirəm.

-Bəs bu qrupun hansı mahnıları xoşunuza gəlir?

-Musiqinin, ümumiyyətlə, zamanı olmur. "Koleçko, koleçko, koltso" mahnısı kimi. Ən sevimli mahnı heç vaxt köhnəlmir. Bu səbəbdən çox yaxşı haldır ki, bu gün bunu etdiniz.

-Leyla xanım, artıq "Jara" festivalının iki günü arxada qalıb. Hansı hisslər, hansı təəssüratlar var? İldən-ilə bu festivalda sizin üçün dəyişən nədir?

-İldən-ilə, ümumiyyətlə, dünya yaxşılığa doğru dəyişir. Çünki getdikcə daha çox insan başa düşür ki, biz sevgi və mərhəmət üçün yaşayırıq. Mən xoşbəxtəm ki, Azərbaycan dünyada belə bir yerə çevrilib. Arzu edirəm ki, bütün dünya belə olsun. Bütün artistlərə təşəkkürümü bildirirəm.