Öz dəri tipinizi ayırd edin.


Digərləri 27 İyl 2019 23:25:00 249 0

Öz dəri tipinizi ayırd edin.

Su-yağ balansının vəziyyətindən asılı olaraq insanların üz dərisinin aşağıdakı tipləri ayrıd edilir: normal dəri; quru dəri; yağlı dəri; qarışıq dəri.

İnsan öz dəri tipini necə ayırd edə bilər?

Bunun üçün aşağıdakıları etmək lazımdır:

1. Kosmetik süddən istifadə etməklə üzünüzü yuyun.

2. Bir saat gözləyin.

3. Diqqət yetirin ki, dərinizdə dartılma hissiyyatı varmı?

4. Bir neçə ədəd nazik kağız parçası götürərək onları dərinizin müxtəlif hissələrinə (çənə, yanaqlar, alın, burun) sıxın.

5. Daha sonra bu kağız parçasını işığa tutaraq onun üzərində yağlılıq izlərinin olub-olmamasına diqqət yetirin.