Saatlı sakini əvvəlcə həmkəndlisini, sonra özünü öldürdü


Digərləri 27 İyl 2019 22:41:00 190 0

Saatlı sakini əvvəlcə həmkəndlisini, sonra özünü öldürdü

İyulun 27-nə keçən gecə Saatlı rayonunun Bəylər kənd sakini Mübariz Həsənovun həyətinə gəlmiş həmkəndlisi Füsət Məhərrəmov münaqişə zəminində tüfəngdən açdığı atəşlə onu, evinə qayıtdıqdan sonra isə özünü öldürüb.

Son.az Trend-ə istinadən bildirir ki, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olan "TOZ-63" markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.