Hansı hallarda ölüyə toxunmaq qüslü insana vacib olur?


Digərləri 27 İyl 2019 22:15:00 312 0

Hansı hallarda ölüyə toxunmaq qüslü insana vacib olur?

Hansı hallarda ölüyə toxunmaq qüslü (məssi-meyyit) insana vacib olur?

Şəriətə görə, vacib olan qüsllərdən biri də cənazəyə toxunmaq (məssi-meyyit) qüslüdür. Öhdəsində bu qüsl olan şəxs namaz qıla bilməz, namaz qıla bilməsi üçün mütləq məssi-meyyit qüslü almalıdır.

Son.az islam.az-a istinadən bildirir ki, ölüyə toxunmaq qüslü, adından da göründüyü kimi, cənazəyə toxunan zaman vacib olur. Amma bunun da bəzi şərtləri var. Əvvəla, cənazəyə soyuduqdan sonra, qüsl və kəfəndən əvvəl toxunanda qüsl vacib olur. Bədəni hələ soyumamış cənazəyə, qüsl və kəfəni tamamlanmış cənazəyə toxunmaq qüslə səbəb olmaz. İkincisi, cənazəyə qəsdən ya təsadüfən toxunmaq fərq etməz. Üçüncüsü, ölünün hətta dişinə və dırnağına da toxunmaq, yaxud öz dırnağını ölünün bədəninə toxundurmaq da qüslə səbəb olar. Amma saçın toxunması ilə qüsl vacib olmaz. Ölünün bədənindən çıxarılmış paltara, ağzından çıxarılmış dişə və protezə toxunmaqla insanın boynuna qüsl gəlməz. Məssi-meyyit qüslünü dərhal yerinə yetirmək vacib deyil, namaz qılmazdan qabaq qüsl etmək kifayətdir.