Elmlərə yiyələnmək üçün sadə və effektiv metodika


Digərləri 27 İyl 2019 22:10:00 248 0

Elmlərə yiyələnmək üçün sadə və effektiv metodika

Dinimizin nəzərinə görə, sükut etmək - böyük bir əxlaqi dəyər hesab olunur. Az söz danışmağı dinimiz sevir. Çox danışanları məzəmmət edir. Adətən aqil insanlar az danışan olurlar. Onlar zərurət yaranan zaman danışar və qalan vaxtı sükut edərlər.

Məsələn, Əllamə Təbatəbai də bu cür alimlərdən idi. Çox az danışardı, ancaq danışan zaman dilindən hikmət axardı. Suallara cavab verərək, sonra sükut edərdi.

Rəhmətlik İmam (r) da bu cür ariflərdən idi.

Bunu qeyd edək ki, az danışan insanların beyni yaxşı işləyir. O kəslər ki, bütün enerjilərini danışmağa sərf edirlər - onlar fikirlərini doğru çatdırmağı bacarmırlar.

Bu səbəbdən alimlərimiz və ariflərimiz sükut etməyi tövsiyə edirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Əllamə Təbatəbai buyurur: "Hər kim 40 gün danışmağına nəzarət edər və zəruri hallarda danışarsa - onun qəlbi nuraniyyət əldə edər. Əgər bu nuraniyyəti əldə etməsə, mənə nifrin edə bilər. Ona görə də insanın az danışması çox mühümdür. Çox danışmaq beyini yorar və işdən salar".

Əziz Peyğəmbərimiz (s) buyurur ki, elmin haqqı budur ki, sükut edəndən sonra qulaq asmağı bacarasan. Qulaq asmaq özü böyük bir əxlaqdır. Hər kəs dinləməyi bacararsa və qarşı tərəfin sözlərindən bəhrələnə bilərsə, deməli həqiqi aqil insandır. Zehnini ancaq faydalı olan şeylərə tərəf yönəldə bilir.

Ancaq fikir dağınıqlığı və sözlərin mənasına qulaq asmamaq bu gün həm şagirdlərin və həm də tələbələrin ən böyük bəlası hesab olunur. Bu da ona görə baş verir ki, insan xəyalı - uçan quşa bənzəyir. Bir budaqdan o biri budağa uçur və insanın zehnini özünə məşğul edir. Belə bir insan diqqətini toplayıb, qarşı tərəfə qulaq asmaq qabiliyyətindən məhrum olar.

Alimlərimiz buyurur ki, əgər dərs oxumaq istəyirsənsə, ilk olaraq "Bismillah" de və sonra özünə təlqin et ki, mən bir müddət ərzində dərs oxuyacağam və başqa işlərlə məşğul olmayacağam.