Beynimiz əslində necə işləyir –


Digərləri 27 İyl 2019 21:40:00 249 0

Beynimiz əslində necə işləyir –

1. Beynimiz yorğun olduğumuz vaxtlarda daha yaradıcı düşünə bilir.

Əgər yaradıcı bir fəaliyyətlə məşğul olmağa təşəbbüs edirsinizsə, inanın ki, yorğun olduğunuz və beyniniz öz funksiyalarını səmərəli şəkildə yerinə yetirə bilmədiyi vaxlar uğur əldə etmə şansınız daha yüksəkdir. Gülməli səslənsə də, bu real bir faktdır. Məsələn, heç düşünmüsünüzmü, nə üçün ən parlaq fikirlər uzun və yorucu iş gününün sonunda evə gəlib duş qəbul etdiyiniz zaman hasil olur?

Son.az banco.az-a istinadən bildirir ki, insan yorğun olduğu zaman onun beyni diqqətini yayındıracaq şeylərə yönələ və müəyyən bir məsələyə fokuslana bilmir. Həmçinin, ideya və anlayışlar arasındakı əlaqəni də ayırd etməkdə çətinlik çəkir. Söhbət yaradıcı bir işə imza atmaqdan gedirsə, bu sadalanan faktların hər ikisi üstünlük təşkil edir, çünki yaradıcı bir fikir tapmaq və ya işlə məşğul olmaq yeni əlaqələr yaratmaq, yeni ideyalara açıq olmaq və düşüncə tərzini dəyişməyi tələb edir. Beləliklə də, ən parlaq və yaradıcı fikirlər yorğun insan beyninin məhsulu olaraq ortaya çıxır.

2. Stress beynimizin ölçüsünü dəyişir - onu kiçildir.

Stress səbəbilə insan beyninin ölçüsünün kiçilməsini sübut edən bir neçə tədqiqat aparılmışdır.

Stressin inkişaf və uzun müddətli əqli sağlamlıq üzərindəki təsirlərini araşdırmaq üçün meymun balalarından istifadə edilib. Araşdırma üçün nəzərdə tutulan meymunlar iki qrupa ayrılıb. Qruplardan biri 6 ay ərzində öz yaşıdları ilə, digəri isə ana meymunların himayəsində yaşayıb. Daha sonra tədqiqatçılar onların beyinlərini yoxlamazdan əvvəl meymunlar bir neçə ay ərzində yenidən tipik sosial qruplar şəklində yaşamağa davam ediblər.

Analarından ayrılıb öz yaşıdları ilə qalan meymunların stressə bağlı beyin nahiyələrinin, hətta bir neçə ay normal sosial şəraitdə yaşamalarına baxmayaraq, hələ də genişlənməkdə olduğu aşkar edilib.

Həmçinin oxu: Stressə dözümlü deyilsinizsə, bu peşələrdən uzaq durun

3. Beynimizin eyni anda bir neçə tapşırıqla məşğul olması mümkün deyil.

Eyni anda bir neçə tapşırıqla məşğul olduğumuzu düşündüyümüz zamanlarda bunu, əslində etməyimizin mükün olmadığını güman ki, bilmirik. Əslində isə biz beynimizdə bir tapşırıqdan digərinə keçid edirik.

Aşağıdakı şəkildə bu prosesin necə reallaşdığını görə bilərsiniz. Belə ki, biz eyni zamanda həm A, həm də B tapşırığını icra etməyə çalışsaq da, beynimiz heç vaxt sinxron olaraq işləyə bilmir. Bunun əvəzinə beyin əlavə güc sərf edir ki, bir tapşırığı yekunlaşdırıb digərinə keçsin.

İnsan beyni vahid tapşırıqla məşğul olduğu zaman isə beyinin ön payında mövcud olan "ventromedial prefrontal korteks" adlı hissə böyük rol oynayır. Belə ki, insan hər hansı bir işi icra etmək istədikdə beynin bu hissəsinə siqnal ötürülür və daha sonra bu hissə digər nahiyələrə təsir göstərir.