Türkiyədə muzeylərin qiyməti bahalaşdı: Nazirlikdən yeni qərar


Digərləri 27 İyl 2019 21:20:00 210 0

Türkiyədə muzeylərin qiyməti bahalaşdı: Nazirlikdən yeni qərar

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2018-ci ilin oktyabr ayından muzey giriş qiymətlərinə 50% artım tətbiq edib.

Son.az facemark.az-a istinadən bildirir ki, bu qərarın üstündən bir il keçmədən, növbəti belə addım 15 iyul tarixindən etibarən 20% daha artırılaraq atılıb. Beləliklə, muzeylərə giriş qiymətlərində ümumilikdə doqquz ayda 80% artım qeydə alınıb.

Yeni qərar görə, İstanbul Ayasofya Muzeyi, Efes Antik Kəndi, Topkapı Sarayı kimi yerlərə giriş qiyməti 60 lirədən 72 lirəyə yüksəlib. Nevşehirdəki Göreme 45 lirədən 54 lirəyə qalxıb. Dənizlidə Laodikya Antik Kəndinə giriş qiyməti 15 lirədən 18 lirəyə yüksəlib.