Abunəçi sayı milyonları ötən “kidfluencer”:


Digərləri 27 İyl 2019 20:20:00 195 0

Abunəçi sayı milyonları ötən “kidfluencer”:

Türkiyənin marketinq və dijital üzrə yazarı Funda Güleçin DigitalAge nəşrində çıxan yazısını təqdim edirik.

Gündəlik həyatımızın bir hissəsi olan YouTube, Instagram, Facebook və Twitter 13 yaşdan aşağı milyonlarla uşağa ev sahibliyi edir. Onların hazırladıqları kontentə maraq göstərənlər, elə öz yaşıdlarıdır.

Son.az facemark.az-a istinadən bildirir ki, "Kidfluencer" kəliməsi ilk dəfə 2015-ci ildə istifadə olunmağa başlayıb. Gəlin, bu kəlimənin dəqiq sərhədini müəyyən edək. Birləşmiş Millətlər Uşaq Haqqları Müqaviləsinə görə, 18 yaşdan aşağı hər kəs uşaqdır. "Kidfluencer"lər isə 13 yaşdan aşağı olan və çeşidli media kanallarında reklam məqsədli kontent hazırlayan və geniş kütləyə xitab edən şəxslərə deyilir. Onların abunəçi sayı mindən başlayır, milyonu keçir.

"Kidfluencer"lər yola hər zaman məşhurluqla başlamırlar. Bir çoxu sadəcə bir neçə izləyici-abunəçisi olan "YouTube" kanalı və ya "Instagram" hesabı ilə bazara giriş edir. Zamanla onların abunəçiləri və populyarlıqları da artır. Beləliklə, sosial mediada yerləşdirdikləri məzmun üçün ödəniş almağa başlayırlar.

Əlbəttə, onların arxalarında bir gəlir modeli və onları layihə olaraq görən və təklif edən ailələri var. Mövcud araşdırmalar göstərir ki, uşaqlar iki yaşından başlayaraq internetdə axtarış etməyə başlayır.

İş belə olduqda isə, onlar TV əvəzinə, onlayn media üzərindən cizgi film, oyun və s. izləməyə başlayırlar. Bu aktivliklər uşağın yaşı ilə birlikdə daha da yetkin hal alır. Amma "YouTube" fundamental axtarış platformasına çevrilir.

Ən məşhur "kidfluencerlər"

Aşağıda, istər gəlirləri, istərsə də izləyiciləri ilə sizi təəccübləndirəcək "kidfluencer"lərdən bəzilərini təqdim edirik.

"YouTube" ilə başlayaq

Ryan ToysReview "YouTube" kanalında kontent hazırlayır. 18 milyon 821 min 371 abunəçi sayı var, sadəcə 7 yaşındadır və ildə 22 milyon dollar gəlir əldə edir. 11 yaşlı Tiananın isə eyniadlı "YouTube" kanalı var. O, 7 yaşından bəri kanal üçün kontent hazırlayır və hazırda 4 milyon 556 min 666 abunəçisi mövcuddur.

"Instagram" ilə davam edək @taytumandoakley hesabı ilə 2,6 milyon izləyicisi olan əkizlərin ata və anası da influenceridr.