Teleserial Xameneyini təmizə çıxarmaq üçün propaqandadır


Dünya 27 İyl 2019 20:02:00 201 0

Teleserial Xameneyini təmizə çıxarmaq üçün propaqandadır

Bu yaxınlarda İran televiziyasından yayımlanmış "Gando" adlı casus-triller janrında filmi mühafizəkar və mötədil siyasətçilər arasında ixtilaflara yol açıb. Teleserial yayıma başladıqdan bəri ölkə daxili və xaricində farsdilli medianın da gündəmində olub.

Amerikanın Səsinə danışan siyasi fəal Babək Çələbiyanlının sözlərinə görə, ilk dəfədir ki, İran İslam Respublikasında kəşfiyyat və təhlükəsizlik mövzusunda belə bir film çəkilir. O, teleserialda göstərilənlərin ali ruhani lider Xameneyi və İnqilab Keşikçiləri Korpusunun (Sepah) xeyrinə uydurulmuş propaqanda olduğunu bildirir.

Sepaha yaxın qüvvələr "Gando"-nun ssenarinin 2014-cü ildə İranda casusluq ittihamı ilə saxlanılan Amerikalı jurnalist Ceyson Rezaiyanla bağlı həqiqətlərdən ibarət olduğunu irəli sürürlər. Amma, prezident Ruhaninin ofisinin sədri Mahmud Vaeziyə görə, hekayə uydurmadır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, İranda kəşfiyyat və polis filmləri bu şəkildə ki Gando filimində görürük, yox idi. Buna görə də həm İranda həm də xaricdə yaşayan İranlılar tərəfindən çox diqqətə alındı. "İranda kəşfiyyat və polis filmləri bu şəkildə ki Gando filimində görürük, yox idi. Buna görə də həm İranda həm də xaricdə yaşayan İranlılar tərəfindən çox diqqətə alındı," Çələbiyanlı söyləyir.

O, Gando teleserialında Həsən Ruhani və onun nazirlər kabinetinin hədəf alındığına diqqət çəkir:

"Filmdə açıq şəkildə görünür ki, Sepahın təhlükəsizlik qurumu Həsən Ruhani hökümətini qarşısına alır və onu tənqid edir. Əsasən belə göstərməyə çalışırlar ki, İranda xalqın çıxarlarını, xalqın rifahını və gələcəyini düşünən yeganə qurum Sepah və ona bağlı orqanlardır. Belə göstərilir ki, prezident Ruhani və kabineti İranın milli çıxarlarını Qərb ölkələrinə satırlar. Əlbəttə bu arada Sepah qəhrəman kimi ortaya çıxır və deyir ki, millətin qayğısını çəkən güc mənəm."

Babək Çələbiyanlının dediklərinə görə, Gando teleserialında ölkənin iqtisadi problemləri ilə bağlı bütün təqsirləri digər qurumların üzərinə atıb, Sepah və Xameneyini təmizə çıxarmağa cəhd edilir.