Van gölündən Urmiyə gölünə su kanalı çəkilməsi nəzərdən keçirlir


Dünya 27 İyl 2019 19:44:00 281 0

Van gölündən Urmiyə gölünə su kanalı çəkilməsi nəzərdən keçirlir

"Urmiyə gölünün bərpası layihələrini planlaşdırarkən, Urmiyə Gölünü Canlandırma Mərkəzi gölə su köçürmək üçün 4 təklif irəli sürmüşdü."

Bu sözləri Ətraf Mühitin Mühafizəsi Təşkilatının müavini Məsud Təcrişi YJC xəbər agentliyinə deyib.

Urmiyə gölünə Araz çayından və Xəzər dənizindən kanal çəkilməsi də nəzərdən keçirilib. "Araz Çayından Urmiyə Gölünə su kanalı çəkmək layihəsi bu təkliflərdən biridi, ancaq bu layihə maliyyə baxımdan xeyli baha başa gəlirdi," o bildirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Təcrişi nəzrdən keçirilən potensial su mənbələri arasında Xəzər dənizinin də olduğunu lakin Xəzərin kimyəvi xüsusiyyətinin Urmiyə gölünə uyğun gəlmədiyi qənaətinə gəlinib.

"Əgər Xəzər dənizindən Urmiyə Gölünə su çəkilərsə, bu, gölün ömrünü 50 ilə qədər azalda bilər ancaq heç bir su çəkilmədiyi halda bu gölün ömrü 500 ilə qədər uzana bilər," deyə o əlavə edib.

"Digər bir təklif, suyun başqa bir ölkədən çəkilməsi idi. Van Gölündən Urmiyə Gölünə su çəkilməsi variantlardan biri idi. Van Gölü orta dərinliyi 500-600 metr olan bir göldür və son illər ərzində dərinliyində böyük fərq müşahidə olunmur." Təcrişi deyib.