Anadangəlmə hipotireoz vaxtında təyin olunmazsa ağır nəticələr qaçılmazdır...


Digərləri 27 İyl 2019 19:46:00 273 0

Anadangəlmə hipotireoz vaxtında təyin olunmazsa ağır nəticələr qaçılmazdır...

Hipotireoz (HT) - qalxanabənzər vəzin hormonlarının sekresiyasının zəifləməsi və ya vəzin funksiyasının tam itirilməsi ilə gedən xəstəlikdir.

Hipotireozun aşağıdakı formaları var:

- Birincili hipotireoz - qalxanabənzər vəzin patologiyası ilə baglı

- İkincili hipotireoz - hipofizin patologiyası ilə baglı

- Üçüncülü hipotireoz - hipotalamusun patologiyası ilə baglı

- Tireoid hormonlara həssaslığın zəifləməsi və ya olmaması

Genezinə görə:

- Anadangəlmə

- Qazanılma

95% hallarda birincili, 5% hallarda ikincili və üçüncülü hipotireoza təsadüf olunur.

Səbəbləri çox müxtəlifdir:

Birləşmiş Ştatlarda Haşimoto tireoiditi adlanan autoimmun xəstəlik qalxanvari vəz tərəfindən sintez olunan tireoid hormonların səviyyəsinin enməsinin əsas səbəbidir. Hipotireozun yaranmasına səbəb olan digər mühüm faktor yod çatışmazlığıdır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bundan başqa, qalxanvari vəzin inkişaf qüsuru, radioaktiv yodun qəbulu, tireotoksik preparatların qəbulu, hamilə qadınlarda yodidlərin, tireostatinlərin, litium, brom preparatlarının qəbulu, tireotrop hormona qarşı irsi rezistentlik, hipofizin anadangəlmə total çatışmazlığı, travması, iltihabı, şişi, hipotalamusun travması, iltihabı, şişi və s., müəyyən mikroelementlərin defisiti (xüsusən də dəmir), D vitamininin metabolik pozulması, qlütenə qarşı həssaslıq/dözümsüzlük (seliakiya),  metabolik asidoz da (qidada heyvani zülalların artıqlığı səbəbindən) hipotireozun inkişafına səbəb ola bilər.

Bütün hüceyrələrin aktiv metabolizmi üçün qalxanvari vəzin hormonları vacibdir. Ona görə onun çatışmazlığı zamanı bütün orqan və sistemlərin fəaliyyəti zəifləyir. Bu zaman daha çox rast gəlinən simptomlar: soyuğa qarşı dözümsüzlük, iştahanın zəifləməsi, səbəbsiz şişkinlik, çəki artımı, daim yorğunluq və yuxusuzluq, konsentrasiyanın pozulması, tərləmənin azalması və dəridə quruluq, saçların tökülməsi, qəbizlik, əzələ ağrıları, zəiflik, əhval-ruhiyyənin dəyişməsi (depressiya), görmə və eşitmənin zəifləməsi, nitqin dəyişilməsi, yaddaş pozulmaları və dismenoreyadır.

Digər zədələnmiş sistemlər: