Dünyanın ilk maye maqniti


Digərləri 27 İyl 2019 19:50:00 236 0

Dünyanın ilk maye maqniti

Berkli Laboratoriyalarında reallaşdırılan iş nəticəsində tarixin ilk maye maqniti hazırlandı.

Adlarını maqneziumdan alan bu strukturların maye versiyası əvvəllər yox idi. Maye maqnitə ən yaxın alternativimiz isə, ferrofluid olaraq da adlandırılan maqnetik maye strukturlarıdır. Dəmir oksidlərdən ibarət olan bu strukturlar, başqa maqnitlərin yanındaykən müvəqqəti maqnetik hala gəlir.

Son.az deyerler.org-a istinadən bildirir ki, 1960-cı illərdən bu yana həyatımızda olan və müxtəlif sahələrdə istifadə edilən maqnetik mayelər, yaxında kiçik peyklərdə də istifadə ediləcək. Yenə də maqnetik mayelərin bütün istifadə sahələrində bir başqa bərk maqnitin varlığı lazımlı olur.

Berkli Laboratoriyasının araşdlrması isə ilk dəfə qalıcı olaraq maqnetik xüsusiyyətə sahib mayelərin ortaya çıxmasını təmin etdi. Araşdırmanın rəhbəri Tom Rassell bu barədə belə deyib: "Həm maye, həm də maqnetik bir material yaratdıq. Bunu daha əvvəl kimsə müşahidə etməmişdi. Bir maqnetik maye müvəqqəti maqnetik ola bilirsə, qalıcı olaraq maqnetik olması üçün nə edə bilərik, bərk bir maqnit kimi davranmasını amma maye kimi hiss verməsini necə təmin edə bilərik, deyə düşündük".