LGBT TelƏvivin Vaşinqton küçəsində etiraza hazırlaşır


Dünya 27 İyl 2019 19:36:00 283 0

LGBT TelƏvivin Vaşinqton küçəsində etiraza hazırlaşır

İsrailin Tel-Əviv şəhərində LGBT icmasının üzvlərinə zorakılıq edilməsinə qarşı etiraz yürüşü keçiriləcək.

Son.az teleqraf.com-a istinadən bildirir ki, yürüş iyulun 28-də yerli vaxtla saat 18:00-da başlayacaq. Fəallar Vaşinqton meydanına toplaşacaq, buradan Hertsl küçəsinə gedəcəklər. Yürüş Rotşild Bulvarında sona çatacaq.

Bazar günü LGBT-nin psixoloji dəstək xidməti təcili yardım rejimində çalışacaq.

LGBT icmasının nümayəndələri yürüşü Tamra şəhərindən olan yeniyetmənin Təl-Əvivdəki "Beyt-Dror" sığınacağı yaxınlığında hücuma məruz qalmasına etiraz əlaməti olaraq təşkil ediblər. Yeniyetmə iyulun 26-da bir neçə bıçaq yarası alıb, ona hücum edən şəxs cinayət yerindən qaçıb.