Əsədin hava hücumları 103 mülki şəxsi öldürüb


Dünya 27 İyl 2019 19:38:00 208 0

Əsədin hava hücumları 103 mülki şəxsi öldürüb

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet bildirir ki, Suriya höküməti tərəfindən xəstəxanalara, məktəblərə və bazarlara edilən hava hücumları nəticəsində son 10 gün ərzində 26-sı uşaq olmaqla 103 nəfər dinc əhali öldürülüb.

"Bunlar mülki obyektlərdir və bu cür hücumların davamlı olmasını nəzarə alsaq bunların təsadüfən vurulmaması ehtimalı yüksəkdir," deyə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali KomissarıRupert Kolvill Cenevrədəki toplantıda deyib.

Hökümət aprel ayının axırında Suriyanın şimal-qərbində prezident Bəşər Əsəd qarşı olan üsyançıların son anklavına qarşı hücuma keçməklə atəşkəsi pozub.

İdlib və ona ətraf ərazilər ötən il Əsədin yaxın müttəfiqi olan Rusiya və Türkiyə tərəfindən deeskalasiya ərazisinə daxil edilib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, son üç ay ərzində hücumlar yüz minlərlə insanı Türkiyə ilə sərhədə yaxın sığınmaq üçün evlərindən və ya müvəqqəti sığınacaqlarından didərgin salıb və yüzlərlə mülki vətəndaşın ölümünə səbəb olub.