Hava limanında partlayan telefon batareyası sərnişinlərə qorxulu anlar yaşatdı


Digərləri 27 İyl 2019 19:15:00 243 0

Hava limanında partlayan telefon batareyası sərnişinlərə qorxulu anlar yaşatdı

Dalaman hava limanında partlayan telefon batareyası sərnişinlərə qorxulu anlar yaşatdı.

Turistlərin ortaq nöqtələrindən biri olan Dalaman Hava Limanında dünən axşam partlayış baş verib. Belə ki, hər hansı bir şəxs xəsarət almayıb və səsin bir telefonunun batareyasının şarj olunma zamanı partlaması nəticəsində çıxdığı müəyyən olunub.

Son.az chip.az-a istinadən bildirir ki, xüsusilə yaz mövsümlərində sıxlığı ciddi mənada artan Dalaman Hava Limanında dünən axşam, ürəkləri ağızlara gətirən bir hadisə baş verib. Belə ki, uçuşlarını gözləyən sərnişinlərin eşitdikləri partlayış səsi hava limanında böyük xaos yaradıb.

Hadisə nəticəsində bəzi sərnişinlər vəziyyəti pisləşib. Qorxu dolu anlardan qısa bir müddət sonra hava limanı rəsmiləri, partlayış səsinə səbəb olan vəziyyətin bir telefondan qaynaqlandığını və bu telefonun batareyasının şarj olduğu zaman partladığını bildiriblər.