İranda yük maşını minik avtomobilini əzdi:


Dünya 27 İyl 2019 18:54:58 215 0

İranda yük maşını minik avtomobilini əzdi:

İranın cənub-qərbində yerləşən Fars vilayətinin Abade-Şəhre-Rza yolunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, bunu İranın Fars vilayətinin şimal yol polisinin rəisi polkovnik Əbdülhaşim Dehqani deyib.

Ə.Dehqaninin sözlərinə görə, yük maşını "Peugeot 405" markalı avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 5 nəfər həlak olub, 3 nəfər yaralanıb.