“Arsenal” futbolçusunun evində meyit tapıldı


Dünya 27 İyl 2019 18:44:00 203 0

“Arsenal” futbolçusunun evində meyit tapıldı

Londonun "Arsenal" klubunun misirli yarımmüdafiəçisi Məhəmməd Əl-Nenninin evində şəxsiyyəti müəyyən edilməmiş meyit tapılıb.

Son.az oxu.az-a istinadən bildirir ki, cəsəd futbolçunun Misirdə şəhər ətrafında tikilməkdə olan evində aşkarlanıb.

Meyit barədə polisə oyunçunun atası məlumat verib. Misirin Cinayət Axtarış Xidməti insidentin təfərrüatını araşdırmaq məqsədilə axtarışa başlayıb.

Qeyd edək ki, misirli futbolçu 2016-cı ildə "Bazel" klubundan İngiltərə təmsilçisinə transfer edilib.