Lənkəranda qəzada xəsarət alan qardaşlardan biri vəfat etdi


Digərləri 27 İyl 2019 18:31:00 214 0

Lənkəranda qəzada xəsarət alan qardaşlardan biri vəfat etdi

Ötən gün qəzada xəsarət alan qardaşlardan biri vəfat edib.

Son.az APA-ya istinadən xəbər verir ki, qəzadan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam edən "VAZ 2107" markalı avtomobilin sürücüsü - Şilavar kənd sakini, 1953-cü il təvəllüdlü Ehtiram Mahmud oğlu Axundov həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Qəza rayonunun 1-ci mikrorayon ərazisində, Zərifə Əliyeva və Hənifə Abdullayev küçələrinin kəsişməsində qeydə alınıb.

Yük daşıma ilə məşğul olan mikroavtobus "VAZ 2107" markalı avtomobillə toqquşub və yolun kənarındakı dirəyə çırpılıb. Minik avtomobili daha çox əzildiyi üçün içində olan rayonun Şilavar kənd sakinləri, sürücü 1953-cü il təvəllüdlü Ehtiram Mahmud oğlu Axundov və onun qardaşı, 1957-ci il təvəllüdlü İntizam Mahmud oğlu Axundov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücü daha ağır yaralandığından reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.