Azərbaycanlı tələbələr Türkiyədə qəzaya düşdülər:


Digərləri 27 İyl 2019 18:03:12 229 0

Azərbaycanlı tələbələr Türkiyədə qəzaya düşdülər:

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr icarəyə götürdükləri avtomobillə qəza törədiblər. 

Son.az unikal.org-a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.

21 yaşlı Fərid Ağazadənin idarə etdiyi avtomobil yol kənarındakı daşa çırpılaraq yaxınlıqdakı tarlaya yuvarlanıb.

Tanınmaz hala gələn avtomobildə olan sürücü Fərid Ağazadə və 3 dostu ağır xəsarət alıblar. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub.