Ukraynalı gimnast EYOF Bakı 2019-da turnikdə hərəkətlərdə qızıl medal qazandı (FOTO)


Digərləri 27 İyl 2019 17:45:00 225 0

Ukraynalı gimnast EYOF Bakı 2019-da turnikdə hərəkətlərdə qızıl medal qazandı (FOTO)

Bu gün Milli Gimnastika Arenasında "EYOF Bakı 2019" çərçivəsində idman gimnastikası üzrə yarışlarda kişilər arasında turnikdə hərəkətlərdə qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Bakı. Cani Babayeva - Bu gün Milli Gimnastika Arenasında "EYOF Bakı 2019" çərçivəsində idman gimnastikası üzrə yarışlarda kişilər arasında turnikdə hərəkətlərdə qaliblərin mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, birinci yeri ukraynalı İlya Kovtun tutub (13,366 bal). İkinci yerə fransalı Lukas Desanj (13,233 bal), 3-cü yerə isə italiyalı idmançı İvan Brunello (13,200 bal) yiyələnib. XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların sonuncu günü start götürüb. Kişilər və qadınlar üzrə idman gimnastikası yarışları 23-27 iyul tarixlərində baş tutub. Yarışda Azərbaycanı 4 gimnast – Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər. Səməd Məmmədli 3 növ - sərbəst hərəkətlərdə, atla hərəkətlərdə və çoxnövçülük üzrə finala çıxıb. Gimnast atla hərəkətlərdə gümüş medala sahib olub.