İçdiyi dərmanın dozasını artırıb özünü çəkəndən sonra intihar edən şizofren rəssam FOTO VİDEO


Digərləri 27 İyl 2019 17:26:00 303 0

İçdiyi dərmanın dozasını artırıb özünü çəkəndən sonra intihar edən şizofren rəssam  FOTO  VİDEO

Hadisələr, həqiqətən də, kontroldan çıxmağa başlamışdı. Sanki kimsə mənə siqaret çəkməməyimi, çəksəm, fəlakət olacağını deyirdi

Bu sözləri şizofreniya xəstəliyinə tutulan Brian Çarnli deyirdi.

Son.az musavat.com-a istinadən bildirir ki, 1949-cu ildə İngiltərədə dünyaya gələn Brian uşaq vaxtlarından rəsmdə olduqca bacarıqlı idi. Təsiri altında qaldığı psixoloji problemləri ilə yaradıcılığını bir araya gətirən rəssam ortaya olduqca maraqlı əl işləri çıxarmağı bacarıb.

1991-ci ildə o içdiyi dərmanların dozasını artıraraq rəsm çəkməyə qərar vermişdi. Onun məqsədi yüksək dozada qəbul edəcəyi dərmanların təsirində olduğu zaman nələr çəkə biləcəyini görmək idi. Hətta o bunun üçün özünə bir gündəlik də tutmuşdu. Həmin anlarda yadında qalan bütün detalları oraya qeyd edirdi. Brian qarşısına qoyduğu məqsədə nail oldu. Lakin o bunun bədəlini çox ağır ödədi.

18 yaşında ağır sinir krizi keçirən Brian bir müddət yaxşılaşdıqdan sonra Londonda "Central School" sənət və yaradıcılıq məktəbinə qəbul oldu. Lakin yenidən davam edən əsəb pozğunluqları onun məktəbi başa çatdırmasına mane oldu. Ona şizofreniya diaqnozu qoyulduqdan sonra tam 6 iı davamlı olaraq elektroşok müalicəsi tətbiq olundu. Müalicəsi başa çatdıqdan sonra sənət və yaradıcılığını davam etdirmək istəyən Brian ailəsinin yanından ayrıldı. Tək başına yaşamağa başlayan Brian bu müddət ərzində bir çox məşhur sənətçilıərlə tanış oldu.

Əvvəllər rəsmlərində daha çox çiçəklərə yer verən Brian daha sonra tərzini dəyişərək şizofreniya ilə bağlı rəsmlər çəkməyə başladı. O, bu tərzi ilə əvvəlkindən daha çox şöhrət qazandı və rəsmləri olduqca çox baha qiymətlərə satılmağa başladı. O yaşadığı ağır ruhsal çöküşü çəkdiyi avtoportetlərlə izah etməyə çalışırdı. Şizofreniyanın təsiri altında olduğu zaman özünün gördüyü kimi rəsm çəkən rəssam bunun adını "The Self Portrait Series" qoydu.


Xəbərə aid fotolar