Avtomobil sürət həddini aşdı - 3 nəfər öldü


Digərləri 27 İyl 2019 17:19:14 199 0

Avtomobil sürət həddini aşdı - 3 nəfər öldü

İranın qərbində yerləşən Ərdəbil vilayətinin Xalxal rayonunun Cəlalabad-Masulə yolunda "Pride" markalı avtomobil aşıb.

Bakı. Elnur Bağışov - İranın qərbində yerləşən Ərdəbil vilayətinin Xalxal rayonunun Cəlalabad-Masulə yolunda "Pride" markalı avtomobil aşıb. Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayətinin Xalxal rayonunun hüquq-mühafizə orqanının polis rəisi polkovnik Hadi Musəvi deyib. H.Musəvinin sözlərinə görə, avtomoilin aşması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.