Moskvada kütləvi həbslər:


Dünya 27 İyl 2019 17:13:00 203 0

Moskvada kütləvi həbslər:

Rusiyanın Korrupsiya ilə Mübarizə Fondunun direktoru İvan Jdanov Moskvada şəhər dumasına bəzi şəxslərin namizədliyinin ləğvi əleyhinə keçiriləcək mitinqdən öncə polis tərəfindən saxlanılıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Jdanov öz Tvitter səhifəsində paylaşıb.

"Mən saxlanılmışam. Hər kəsə xoş günlər. Rusiya müstəqil olacaq", - o bildirib.

Jdanovdan başqa meriya qarşısında dizayner Konstantin Konovalov da saxlanılıb. O, səhər qaçışına çıxdığı vaxt meriya qarşısında həbs edildiyini bildirib.

X X X

Moskva şəhər dumasına seçkilərdə müstəqil namizədlərin qeydiyyata alınmamasına etiraz əlaməti olaraq aksiya keçirilir.