"EYOF Bakı 2019": Tennis üzrə fərdi yarışlarda qalib müəyyənləşib


Digərləri 27 İyl 2019 16:37:00 226 0

"EYOF Bakı 2019": Tennis üzrə fərdi yarışlarda qalib müəyyənləşib

Avropa Gənclər Olimpiya Festivalında qız tennisçilərin mübarizəsi britaniyalı atletin çempionluğu ilə başa çatıb.

Bakı. Avropa Gənclər Olimpiya Festivalında qız tennisçilərin mübarizəsi britaniyalı atletin çempionluğu ilə başa çatıb. Trend-in məlumatına görə, Böyük Britaniya təmsilçisi Matilda Mutavdziç Bakı Tennis Akademiyasında keçirilən yarışın final qarşılaşmasında rusiyalı Mariya Şoloxovanı 2:0 (6:1, 6:1) hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Bürünc medal uğrunda görüşdə isə çexiyalı Dominika Salkova fransalı Ouşen Babeli 2:1 (6:2, 0:6, 12:10) hesabı ilə məğlub edib.