Ərdoğan Gəncədə Nuru Paşanın evmuzeyində FOTO


Digərləri 27 İyl 2019 15:54:00 220 0

Ərdoğan Gəncədə Nuru Paşanın evmuzeyində  FOTO

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycana səfəri çərçivəsində iyulun 26-da Gəncədə Nuru Paşanın ev-muzeyini ziyarət edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nuru Paşanın yaşadığı bu ev onun silahdaşlarından birinin - Nağı bəy Şeyxzamanlının evi olub. Ev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən yenidən qurulub.

Tanışlıq zamanı TİKA-nın gördüyü işlər barədə məlumat verilib, Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından, Bakının düşməndən azad olunmasından, Nuru Paşanın bu missiyanın həyata keçirilməsindəki xidmətlərindən danışılıb.

Sonda Bilal Ərdoğan ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.


Xəbərə aid fotolar