Prezident İlham Əliyev perulu həmkarını təbrik edib


Siyasət 27 İyl 2019 14:42:00 219 0

Prezident İlham Əliyev perulu həmkarını təbrik edib

Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

Peru Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə və xalqınıza ən xoş arzularımı yetirirəm".