Tamaşaçı: Milli Gimnastika Arenasında yarışlar həmişə maraqlı olur


Digərləri 27 İyl 2019 14:48:25 188 0

Tamaşaçı: Milli Gimnastika Arenasında yarışlar həmişə maraqlı olur

Milli Gimnastika Arenasında yarışlar həmişə yaxşı təşkil olunur, maraqlı keçir, zal, yerlər çox rahatdır.

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında yarışlar həmişə yaxşı təşkil olunur, maraqlı keçir, zal, yerlər çox rahatdır. Bunu Trend-ə EYOF Bakı 2019-da idman gimnastikası üzrə yarışları izləyən tamaşaçı Marina Vasinkina deyib. Tamaşaçı bildirib: "Həmişə bura yarışlara baxmağa gəlirəm. Etiraf edim ki, daha çox bədii gimnastika üzrə yarışları izləməyə gəlirəm, çünki özüm də idman ustasıyam və gimnastikanın bu növünə məhəbbət məndə hələ qalıb. Amma idman gimnastikası üzrə yarışlar da məni çox maraqlandırır". M.Vasinkina sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə dünya çempionatını izləməyə gələcəyini də vurğulayıb. Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların sonuncu günü start götürüb. Bu gün gimnastlar müxtəlif alətlər üzrə final yarışlarında güclərini sınayırlar. Kişi gimnastlar dayaqlı tullanma, paralel qollar, turnikdə, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlərdə medallar uğrunda yarışırlar.