EYOF Bakı 2019: İdman gimnastikası üzrə yarışların sonuncu günü start götürüb (FOTO)


Digərləri 27 İyl 2019 14:22:00 202 0

EYOF Bakı 2019: İdman gimnastikası üzrə yarışların sonuncu günü start götürüb (FOTO)

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların sonuncu günü start götürüb.

Bakı. Cani Babayeva - XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların sonuncu günü start götürüb. Trend-in məlumatına görə, bu gün gimnastlar müxtəlif alətlər üzrə final yarışlarında güclərini sınayırlar. Kişi gimnastlar dayaqlı tullanma, paralel qollar, turnikdə, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlərdə medallar uğrunda yarışırlar. Kişilər və qadınlar üzrə idman gimnastikası yarışları 23-27 iyul tarixlərində baş tutub. Yarışda Azərbaycanı 4 gimnast – Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər. Səməd Məmmədli 3 növ - sərbəst hərəkətlərdə, atla hərəkətlərdə və çoxnövçülük üzrə finala çıxıb. Gimnast atla hərəkətlərdə gümüş medala sahib olub.