EYOF Bakı 2019: Voleybol üzrə qızların yarışında çempion müəyyənləşib


Digərləri 27 İyl 2019 14:01:00 223 0

EYOF Bakı 2019: Voleybol üzrə qızların yarışında çempion müəyyənləşib

“EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında voleybol üzrə qızların yarışında çempion müəyyənləşib.

Bakı. “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında voleybol üzrə qızların yarışında çempion müəyyənləşib. Trend-in məlumatına görə, qızların yarışının Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən final görüşündə Rusiya və Rumıniya milli komandaları qarşılaşıblar. Rusiyalı voleybolçular gərgin idman mübarizəsi şəraitində keçən oyunda 3:1 hesabı ilə qalib gələrək çempion olublar. Matçın birinci setində 25:23 hesabı ilə Rumıniya millisi qalib gəlib. Bundan sonra təşəbbüsü ələ alan Rusiya yığması sonrakı hər üç seti qələbə ilə başa vurmağı bacarıb - 25:16, 25:19 və 25:17.