Cəbhədə növbəti təxribat: erməni snayperləri "Kamaz"ı atəşə tutdular FOTO


Digərləri 27 İyl 2019 13:31:00 259 0

Cəbhədə növbəti təxribat: erməni snayperləri "Kamaz"ı atəşə tutdular  FOTO

Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib.

Bu barədə Dövlət Sərhəd Xidmətindən Son.az-a məlumat verilib.

Məlumatda bildirilir ki, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan "Kamaz" markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.

Qeyd edilir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.


Xəbərə aid fotolar