Stiven Siqal da həyat yoldaşı ilə "JARA"ya qatıldı FOTO


Şou-biznes 27 İyl 2019 12:52:00 210 0

Stiven Siqal da həyat yoldaşı ilə "JARA"ya qatıldı  FOTO

"JARA 2019" Beynəlxalq Musiqi Festivalının qonaqları sırasına Hollivud ulduzu Stiven Siqal da qatılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ulduz Bakıya Monqolustandan olan xanımı ilə təşrif buyurub.

Festivalı çox bəyəndiyini vurğulayan aktyor bildirib: "Emin mənim dostumdur və mən, böyük məmnuniyyətlə, onun Bakıya dəvətini qəbul etdim. Yenidən Azərbaycanda olmağıma çox şadam. Xəzər sahilində dincəlmək, bu möhtəşəm festivalda iştirak etmək xoşdur".

Qeyd edək ki, "JARA-2019" musiqi festivalı 25-28 iyul tarixində Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçirilir. Bu il "JARA 2019"da 250-ə yaxın sənətçi iştirak edir.


Xəbərə aid foto