Müdafiə Nazirliyi: Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir (FOTO)


Digərləri 27 İyl 2019 12:57:00 189 0

Müdafiə Nazirliyi: Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir (FOTO)

Hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bakı. Hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Hərbi təyyarə Xəzər dənizinə düşüb. Qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə əməliyyat qərargahı yaradılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin