Kanadada hidrotəyyarə qəzaya düşdü:


Dünya 27 İyl 2019 12:19:00 206 0

Kanadada hidrotəyyarə qəzaya düşdü:

Kanada sahillərində hidrotəyyarə qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

"Cessna 208" təyyarəsinin Kalvert adasında çarter reysi ilə uçduğu bildirilir. Qəzanın səbəbi ilə bağlı ilkin ehtimal olaraq hava şəraiti qeyd edilir, belə ki, həmin vaxt hava yağışlı olub, görüntü məhdudiyyəti yaranıb.

Qəza ilə bağlı başqa detallar açıqlanmır.