Respublika Kinematoqrafçılar İttifaqı 2019cu ilin “Milli Kino Mükafatı” sahiblərinin adını açıqladı


Kriminal 27 İyl 2019 12:00:00 230 0

Respublika Kinematoqrafçılar İttifaqı 2019cu ilin “Milli Kino Mükafatı” sahiblərinin adını açıqladı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin "Milli Kino Mükafatı" sahiblərinin adını açıqlayıb.

İttifaqın Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Son.az-a bildirib ki, qurumun ən böyük mükafatı Azərbaycan və sovet kinematoqrafiyasına  verdiyi töhfələrə görə Xalq Artisti, kinodramaturq Ramiz Fətəliyevə verilib.

Həmçinin 75 illik yubileyi və Milli kinoya verdiyi tövhələrə görə Xalq artisti, aktyor, rejissor Mahmudov Əbduləhəd Əlisa oğlu (Şeyx Əbdül) bu mükafata layiq görülüb.

Mükafatlar 2 Avqust Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.