Kanadada hidrotəyyarə qəzaya düşdü - 4 ölü, 5 yaralı


Digərləri 27 İyl 2019 11:55:00 223 0

Kanadada hidrotəyyarə qəzaya düşdü - 4 ölü, 5 yaralı

Kanada sahillərində hidrotəyyarə qəzaya uğrayıb

Bakı. Kanada sahillərində hidrotəyyarə qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza nəticəsində 4 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir. "Cessna 208" təyyarəsinin Kalvert adasında çarter reysi ilə uçduğu bildirilir. Qəzanın səbəbi ilə bağlı ilkin ehtimal olaraq hava şəraiti qeyd edilir, belə ki, həmin vaxt hava yağışlı olub, görüntü məhdudiyyəti yaranıb.