Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb


Digərləri 27 İyl 2019 10:27:16 202 0

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb.

Bakı. Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.