Apollo 11 tərəfindən çəkilən görüntülər 1,8 milyon dollara satıldı


Digərləri 27 İyl 2019 08:41:00 242 0

Apollo 11 tərəfindən çəkilən görüntülər 1,8 milyon dollara satıldı

Aya ayaq basılan anın görüntüləri 1,8 milyon dollara satıldı.

Son.az chip.az-a istinadən bildirir ki, Amerika Milli Aviasiya və Kosmos Agentliyinin (NASA) 1976-cı ildə səhvən 217 dollara qurumda çalışan bir asistana satdığı Aya ilk ayaq basılan anın görüntüləri açıq artırmada 1 milyon 820 min dollara satın alındı.

Sothebys muzeyində sosial media hesabında yayımlanan postda, "Apollo 11-in aya enişinin bu günə qədər qalan ən yaxşı NASA video kaset qeydləri Nyu-Yorkdakı açıq artırmada 1,8 milyon dollara satıldı." -deyə bildirilib.

Belə ki, bu günə qədər qorunan 3 orijinal kaset cəmi 2,5 saatlıq görüntüdən ibarətdir.

Görüntülərdə, kosmonavt Neil Amstrong-un Aya ilk ayaq basdığı an və ABŞ-ın o vaxtkı prezidenti Riçard Nixon-un çıxışı yer alır. Görüntülərin yerləşdiyi kasetlər, NASA-da asistan kimi çalışan Gary George-yə, bir açıq artırmada səhvən digər 65 kasetlə birlikdə 217 dollar 77 sentə satılmışdı.