Microsoft tətbiqlərində virus aşkarlandı


Digərləri 27 İyl 2019 08:46:00 256 0

Microsoft tətbiqlərində virus aşkarlandı

Microsoft tətbiqlərinə virus yayılıb.

Son.az chip.az-a istinadən bildirir ki, bəzi Microsoft tətbiqlərinə virus yayıldığı üçün çox sayda istifadəçi bundan təsirlənib.

Belə ki, Microsoft istifadəçiləri, Windows tətbiqlərinə yayılan təhlükəli bir virusla qarşı-qarşıyadır. Proqramistlərin sözlərinə görə, virus bir neçə aydır Microsoft-un tətbiqlərini və xidmətlərini hədəf alıb.

Microsoft-un News və Outlook tətbiqinin, eyni zamanda bəzi Microsoft oyunlarının virusdan təsirləndiyi, bu səbəblə virus əks etdirən reklamlar göstərməyə başladığı bildirilir. Araşdırma şirkəti Confiant, virusun mənbəyinin Honq Konq olduğunu müəyyənləşdirib. Şirkətə görə virus eyni mənbə tərəfindən işlədilən Fiber-Ads və Clockfollow-dur.

Aparılan tədqiqatlar bu iki "xidmət" üzərindən həqiqət təchizatçıların reklamlarının göstərildiyini, daha sonra reklam içərisinə zərərli kodların gizləndiyini göstərir. Bu şəkildə istifadəçi, tamamilə başqa bir sayta istiqamətləndirilir.