Avropa İttifaqının kvant təşəbbüsünü dəstəkləyən ölkələrin sayı artır


Digərləri 27 İyl 2019 08:11:00 357 0

Avropa İttifaqının kvant təşəbbüsünü dəstəkləyən ölkələrin sayı artır

Macarıstan, Portuqaliya və Polşa kvant kommunikasiya infrastrukturunun (QCI) hazırlanması və qurulması məqsədilə Avropa İttifaqının digər üzvləri ilə birgə fəaliyyət haqqında deklarasiyanı imzalayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, kvant kommunikasiya texnologiyası fundamental fizika qanunlarına əsaslanır. Məlumat mübadiləsi üçün ələ keçirilməyə cəhd zamanı vəziyyəti biryolluq dəyişən bir-birindən ayrı fotonlardan istifadə olunur. Beləliklə, kvant kanallar vasitəsilə ötürülən informasiyanı gizlicə oğurlamaq, sadəcə, qeyri-mümkündür.

Məlumata görə, "QCI" təşəbbüsünün məqsədlərindən biri məhz kibertəhlükəsizlik səviyyəsinin artırılmasıdır. Bundan başqa, layihə Avropa ölkələrinə kvant texnologiyalar bazarında mövqeyini möhkəmləndirməyə imkan verəcək.

Kvant kommunikasiya infrastrukturunun növbəti 10 il ərzində Avropa İttifaqı ərazisində qurulması planlaşdırılır.