Opponın ilk qatlana bilən ekranlı ağıllı saatı


Digərləri 27 İyl 2019 08:15:00 235 0

Opponın ilk qatlana bilən ekranlı ağıllı saatı

Ağıllı saat bazarında uzun müddətdir ki, hakimiyyəti əlində saxlayan Apple və ən böyük rəqibi Samsung, yeni bir rəqiblə mübarizə aparacaq.

Son.az chip.az-a istinadən bildirir ki, müasir dünyanın texnologiya möcüzələrindən biri də ağıllı saatlardır. Xüsusilə Apple Watch və Samsung-un ağıllı saatları bazarın hakimi mövqeyindədir. Çinli istehsalçı Oppo, bu sahədə innovativ və iddialı bir dizaynla nəhəng rəqiblərinə meydan oxumağa hazırlaşır.

Opponun yeni paylaşdığı patentli ağıllı saat dizaynında ilk diqqət çəkən onun ekranıdır. Çəkilərək açılan bu ekran istifadə edilən sahəni iki qatına çıxarır. Oppo-nun bu dizaynı bu ayın əvvəllərində IBM tərəfindən hazırlanan dizaynı xatırladır.

Açıqlanan patentlərə görə ekranın böyüməsinə baxmayaraq, ekranın genişliyi sabit qalır. Qatlanan ekran saatın bir kənarında toplanır. Eyni zamanda ekranı açmaq üçün qüvvə tətbiq edəcəyiniz bir mexanizm var.