Silahlılar Suriyanın Həma və Latakiya vilayətlərini atəşə tutublar


Dünya 27 İyl 2019 08:18:00 240 0

Silahlılar Suriyanın Həma və Latakiya vilayətlərini atəşə tutublar

Silahlılar sutka ərzində Suriyanın Həma və Latakiya vilayətlərinin yaşayış məntəqələrini atəşə tutublar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

A.Bakin qeyd edib: "Sutka ərzində silahlılar Həma vilayətinin Huayz, Kalat-Əl-Mudik yaşayış məntəqələrini, Latakiya vilayətinin Saraf yaşayış məntəqəsini atəşə tutublar".