Googleda son 3 ayın ən çox axtarılan sözləri məlum oldu


Digərləri 27 İyl 2019 08:05:00 229 0

Googleda son 3 ayın ən çox axtarılan sözləri məlum oldu

1 aprel ilə 30 iyun arasında internet istifadəçilərinin Google-da ən çox axtardığı sözlər məlum oldu.  

Son.az chip.az-a istinadən bildirir ki, insanların böyük əksəriyyəti hər gün internet vasitəsi ilə əməliyyatlar aparır. Bu baxımdan da ən çox Google-nın istifadə edildiyini demək səhv olmaz. İnternet istifadəçiləri Google-da   istədikləri axtarışları edə və tapa bilirlər. İyun ayının bitməsi ilə 2019-ci ilin ikinci üç aylıq periodu da sona çatdı və Google-da ən çox axtarılanlar sadalandı. Dərc olunan siyahıda maraqlı nəticələr ortaya çıxıb.  

Nümayiş olunan göstəricilər Google-nın Trendlər xidməti istifadə edilərək yaradılıb. Ancaq az sonra bəhs edəcəyimiz faktlar axtarma həcmi indexine görə hesablanıb. Siyahi ilə tanış olaq.

Məlumatlara görə dünyada son üç ay ərzində ən çox Facebook sözü axtarılıb. Aylıq istifadəçi sayı milyardları keçən Facebookun niyə bu qədər çox axtarıldığı maraq mövzusudur. İnsanlar bu qədər tez-tez istifadə edilən sosial şəbəkəni Google-da axtarış apararaq Facebooka daxil olurlar.   Siyahının ikinci sırası da təəccüblüdür. Belə ki, internet istifadəçiləri Google axtarış bölməsində "Google" axtarması edirlər.